Qışda sağlam hamiləlik üçün


Digərləri 06 Yan 2019 23:15:00 246 0

Qışda sağlam hamiləlik üçün

Qışda yaşanan hamiləliyin öz gözəlliyi var. Lakin soyuq hava səbəbindən bədən müqaviməti azalır və qrip infeksiyaları kimi bir çox problemlər yaradır. Ancaq düzgün qidalanmaqla yanaşı, infeksiyalardan qaçmaqla, bədən istiliyini nizama salmaqla, üstəlik, görəcəyiniz bir neçə tədbirlə qış aylarında da sağlam xoş hamiləlik keçirə bilərsiniz.

1. Kirli havada küçəyə çıxmayın. Kirli hava, yəni toksinlərin boğaz və ağciyərlərə çatması ana və körpədə infeksiyalara yol açır. Misal üçün, baş gicəllənməsi, baş ağrısı, boğaz və burun infeksiyaları, gözlərdə allergiya kimi mənfi hallar yaradır. Buna görə də kirli havada küçəyə çıxmaq düzgün deyil. Əgər küçəyə çıxmağa məcbursunuzsa, mütləq ağız və burnunuza maska taxın və ya salfetka ilə örtün.

2. Narıncı və yaşıl tərəvəzləri süfrələrdən əskik etməməyin. Çünki bunlar tərkibindəki C vitamini başda olmaqla bir çox vitamin və minerallar sayəsində immunitet sistemini gücləndirir, yuxarı tənəffüs yolları infeksiyaları ilə yaranan xəstəliklərdən qoruyur. Bundan başqa, qış mövsümündə də bədəndə maye itkisi yaranır. Susamasanız belə, gün ərzində bol maye qəbul edin. Əsas yemək zamanı vitaminlərlə yanaşı, proteinə də üstünlük verin. Protein qış mövsümündə bədən müqavimətini artırmağa kömək edir.

3. Qrip infeksiyalarını ayaq üstə keçirmək olmaz. Belə halda ən təsirli müalicə yataq istirahətidir. Bol maye qəbul etmək, C vitamini boğazın rahatlanmasına kömək edəcək. Ancaq qızdırma və başqa əlamətlər müşahidə etdikdə vəziyyət gərginləşərsə, mütləq həkimə müraciət etmək lazımdır.

4. Həftədə ən azı iki dəfə balıq yemək məsləhətdir. Körpənin sağlam olması üçün Omega 3 dəstəyi baxımından balıq və qoz, badam yemək vacibdir. Bununla yanaşı, B vitamini baxımından həftədə ən azı iki dəfə qızardılmış ət və quru paxlalılar yeməyə cəhd edin.

5. Hamiləlik dövründə vitamin ehtiyaclarını təzə tərəvəz və meyvələrdən almaq ən düzgün yoldur. Lakin şəhər həyatı insanları təbii meyvə və tərəvəzlərdən uzaq salır, sənayenin inkişafı artdıqca qidaların təməl dəyərləri azalır. Buna görə də xüsusən qış aylarında bədən müqavimətinizi qorumaq və sağlam döl inkişafını təmin etmək üçün başda C vitamini olmaqla, dəmir, kalsium, D vitamini və başqa bütün vitaminləri normal miqdarda qəbul etmək məsləhətdir. Lakin vitaminləri vitamin xətrinə qəbul etməyin, mütləq həkiminizlə məsləhətləşin.