Eşqin növləri barədə dinimizin nəzəri


Digərləri 06 Yan 2019 23:05:00 261 0

Eşqin növləri barədə dinimizin nəzəri

Məhəbbətin son həddi eşq adlanır. Eşq elə bir psixoloji keyfiyyətdir ki, insanın bütün daxili istedadlarına müsbət təsir qoyur. İnsan eşq fenomeni ilə həyatının bütün sahələrini məşuquna bağlayır. Eşq insanın həyatının bütün dəyərlərini bəyan edə bilər.

Allah yolunun yolçusu da aşıqdır. Yəni Allahı tanımaq nəticəsində bu eşq və məhəbbət hasil olar. Ğəzzali bu fikirdədir ki, məhəbbət elm olmadan mümkün deyildir. İnsanın elmi hər nə qədər kamil olarsa, məhəbbəti də artar.

İmam Əlinin (ə) nəzərincə eşqin növləri.

1. Mənasız eşq. Bu nəfsani istəklərə qulluq edən bir eşqdir. Bu cür eşq zamanı İmam Əlinin (ə) buyurduğu kimi insanın dərki, düşüncəsi və kamal istəyi aradan gedər. Onu xəstə edər və psixoloji problemlər yaradar.

2. Mənalı eşq. İnsanın kamala və xeyir işlərə çatmaq üçün hiss etdiyi şiddətli eşq və məhəbbətdir. Mərifət, dostluq kimi. Fəzilətli əxlaq kamalın cilvələrindəndir.

3. Mənalı eşqin ən üstünü. Ariflərin dilində bu eşq həqiqi eşqdir. Bu eşqdə tək məşuq Allahdır. Bu kamalın ali səviyyəsidir. Bu eşq zamanı insanın bütün beyin və psixoloji qüvvələri çiçəklənər.

"Nəhcul-bəlağə" və eşq.

"Nəhcul-bəlağə"də eşqin mənfi tərəfləri haqqında danışılır. Həzrət (ə) onun ağıl gözünü kor edən və ağıl qulağını kar edən və qəlbləri kor edən kimi tanıtmışdır.

"Hər kim hansısa bir şeyi layiqsiz sevərsə, qəlbini xəstə etmişdir. Xəstə gözü ilə baxar, xəstə qulağı ilə eşidər. Nəfsin istəkləri ağlın pərdəsini deşər, dünyaya bağlılığı qəlbini öldürmüşdür. İxtiyarsız dünyanın vurğunu olmuşdur, onun qulu olmuşdur. Dünya hara dönsə, o, da ora dönər. Hər nə qədər xəbərdarlıq edilsə, yenə də Allahdan qorxmaz".

Həzrətin (ə) bu sözlərindən görmək olur ki, o, yuxarıdakı xütbəsində eşqin birinci növündən bəhs etmişdir. Çünki eşqin üçüncü növü nə gözləri kor edər və nə də qulağı kar, o, qəlbin və ağlın çiçəklənməsinə səbəb olar.

Eşqin ali dərəcəsi.