Qarındakı piydən xilas olmağın yolu tapılıb


Digərləri 06 Yan 2019 22:50:00 196 0

Qarındakı piydən xilas olmağın yolu tapılıb

Alimlər bir sıra araşdırma apardıqdan sonra qarında daxili orqanların ətrafını əhatə edən viseral piydən qurtulmağın yolunu tapıblar.

Son.az faktxeber.com-a istinadən bildirir ki, 10 qram həll olunan sellüloz, viseral yağın səviyyəsini 5 ilə 3,7 faiz azaldır. Həll olunan sellüloz - yulaf kəpəklərdə, paxlalı bitkilərdə, noxudda, arpada, qoz-fındıqda və bəzi meyvə-tərəvəzlərdə mövcuddur. Bunların sayəsində insan özünü daha tox hiss edir, beləliklə öz iştahına daha yaxşı nəzarət edə bilir.

Mono-doymuş  yağlar (Zeytun, avakado yağlarında və bəzi fındıqkimilərdə var) də qarın sahəsində piyin azalmasına gətirir.

Kərə yağı, salo, qırmızı ətdə və quş ətində olan doymuş yağlardan çəkinmək lazımdır.