Sürücü işləyən Tolqa üsyan etdi: Yerə girsin sizin saxta sevginiz FOTO


Şou-biznes 06 Yan 2019 22:49:00 498 0

Sürücü işləyən Tolqa üsyan etdi: Yerə girsin sizin saxta sevginiz  FOTO

Xəbər verdiyimiz kimi, iki il öncə ABŞ-a köçən aktyor Tolqa Karel orada TIR maşını sürücüsü işləyir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyor bununla bağlı İnstaqram səhifəsində paylaşım edib. O, sürücü işləyəndən sonra bəzi dostlarının onunla əlaqəni kəsdiyini qeyd edib:

"Həftədə ən az iki dəfə mənə zəng edib maraqlananlar indi yanımda yoxdular. Ola bilsin, onların maddi mənfəətləri ilə uyğunlaşmıram. Demək ki, sadəcə şöhrət sahibi olduğum üçün mənə yaxınlaşmaq istəyiblər. Yaxşı, bu gün yük maşını sürücüsü, sabah 100 yük maşınlıq bir şirkətin sahibi olsam, onda daha dəyərlimi olacam? Yerə girsin sizin saxta sevginiz".