Sabirabadda "Opel" inəyi vurub


Digərləri 06 Yan 2019 22:31:00 211 0

Sabirabadda "Opel" inəyi vurub

Sabirabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Azadkənd kəndində qeydə alınıb.

Neftçala rayon sakini Ələkbərov Ağahüseyn Ələkbər oğlu idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Sabirabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.