Ötən ilin kəşfləri


Digərləri 06 Yan 2019 22:35:00 200 0

Ötən ilin kəşfləri

1. Vücudumuzda yeni bir orqan kəşf edildi. Araşdırmalara görə dərimizdə bağ toxumaları içi maye ilə dolu bölmələrdən yaranır. Bunlar, ağciyər, mədə, damarlar da olmaqla bir neçə daxili orqanımızı da əhatə edərək bir şəbəkə yaradır. Elm adamları bunun xüsusi bir orqan olduğu qənaətinə gəldilər və ona İnterstitium adını verdilər.

2. İndiyədək uşaqlara mitoxondrial DNT - nin analarından keçdiyi düşünülürdü. Lakin, son aylarda edilən araşdırmada mitoxondrial DNT - nin 40 faizinin atadan keçdiyi sübut edildi.

3. Amerikanın Alabama universitetində aparılan araşdırma nəticəsində beyində yaşayan bağırsaq bakteriyalarına rast gəlindi. Bu beyinlə bağırsaqlar arasındakı bağlantının yeni bir sübutu olmaqla yanaşı, həm də insanların iştahına və əhval-ruhiyyəsinə təsir edən daha bir faktorun kəşfi deməkdir. Son.az yasilelm.com-a istinadən bildirir ki, bu çox önəmli kəşf idi, çünki daha çox şizofren insanlarda rast gəlinir bu hala. Qeyd edim ki, şizofreniya hələ də səbəbi tam bilinməyən bir xəstəlikdir.

4. İfrazatımızda mikro ölçüdə plastik çöplər varmış. Təcrübə səkkiz ölkədə keçirildi və bütün insanların ifrazatında plastik maddələrin olduğu üzə çıxdı. Bu isə istər-istəməz insana yediyimiz yeməklərin həqiqi ərzaq yoxsa xüsusi laboratoriyalarda hazırlanmış maddələr olduğunu sorğuladır

5. Fransız elm insanlarının etdiyi 20 illik tədqiqat nəticəsində alın qırışıqlarının ürək xəstəliklərinin bir işarəsi olduğu sübut olundu. Aparılan araşdırmaya görə qaşların üst hissəsində yer alan dərin qırışları olan adamların kardiyovasküler xəstəliklərə tutulma riski 10 dəfə daha çoxdur.

6. Həyatımız boyunca çox insanla tanış olur və limitsiz şəkildə insanların üzlərini xatırlayırıq. Lakin, heç də limitsiz deyilmiş. Yüzlərlə insan üzərində aparılan tədqiqat nəticəsində məlum oldu ki, bir insan maksimum 10.000 simanı yadda saxlaya bilər.