"Mən heç vaxt deməmişəm ki, qoşunumuz Suriyadan tezliklə çıxarılacaq"


Dünya 06 Yan 2019 21:48:00 390 0

"Mən heç vaxt deməmişəm ki, qoşunumuz Suriyadan tezliklə çıxarılacaq"

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Suriyadakı qoşunlarının bu ölkədən tezliklə çıxarılacağı barədə məlumatı təkzib edib.

"Biz qoşunlarımızı çıxaracağıq. Mən heç vaxt deməmişəm ki, bu belə tez ediləcək", - deyə Ağ Ev rəhbəri bildirib.

Son.az "Report"a istinadən bildirir ki, ötən ilin 19 dekabrında ABŞ rəhbərliyi Birləşmiş Ştatların qoşununun Suriya ərazisindən çıxarılmasının başlandığını bildirib.