İranda daşkömür istehsalı 25% artıb


Digərləri 06 Yan 2019 21:38:00 332 0

İranda daşkömür istehsalı 25% artıb

Cari ilin (21 mart 2018-dən başlayaraq) 9 ayında İranın daş-kömür konsentratı istehsalı 1,25 milyon ton olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 25% artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani deyib.

Onun sözlərinə görə, İranda diqqəti cəlb edəcək dərəcədə daş-kömür ehtiyatları və etibarlı bazar var: "Yaxın gələcəkdə ölkədə ilk dəfə olaraq daş-kömür üzrə əhatəli proqram tənzimlənəcək və elan olunacaq".