İnsanlar bu yaşlarda özlərini tənha hiss edirlər


Digərləri 06 Yan 2019 20:50:00 308 0

İnsanlar bu yaşlarda özlərini tənha hiss edirlər

Kaliforniyanın San Diyeqo Universitetinin  alimləri  insanların özlərini tənha hiss elədikləri 3 dövrü müəyyən ediblər.

Son.az faktxeber.com-a istinadən bildirir ki, bu barədə WebMD xəbər verib.

Alimlər  27-101 yaşlı iştirakçıların psixoloji vəziyyətlərini analiz ediblər. İnsanların özlərini "atılmış" hiss edib-etmədiklərini müəyyən etmək üçün 3 növ anketdən istifadə olunub. Bunun yanında  alimlər vurğulayıblar ki, belə hiss insanların real ünsiyyət dairəsindən asılı olmaya bilər.

Məlum olub ki, tənhalığın birinci pik həddi 25-30 yaşlarında, bundan sonrakı mərhələ 50-55 yaşlarında, üçüncü, sonuncu isə artıq 80 yaşdan sonra olur.