Sabirabadda yola çıxan inəyi vuran sürücü xəsarət aldı


Digərləri 06 Yan 2019 20:41:00 206 0

Sabirabadda yola çıxan inəyi vuran sürücü xəsarət aldı

Bu gün axşam saatlarında avtomobil yoluna qəfil çıxan inək qəzaya səbəb olub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, "Noxudlu yolu" deyilən avtomobil yolunun Sabirabad rayonunun Azadakənd kəndindən keçən hissəsində Neftçala rayonun Seyidlər kənd sakini Ağahüsüyn Seyidəli oğlu Ələkbərovun idarə etdiyi "Opel" markalı minik maşını qəfil yola çıxan inəyi vurub.

Avtomaşının ön şüşəsinə çırpılan inək onu qırıb və nəticədə, sürücü şüşə qırıntılarının səpələnməsindən baş nahiyəsindən xəsarət aldığından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.