Kökəlmək istəmirsinizsə, səhərlər bu qidaları yeyin –


Digərləri 06 Yan 2019 20:45:00 202 0

Kökəlmək istəmirsinizsə, səhərlər bu qidaları yeyin –

Səhər yeməyinin əhəmiyyəti müzakirə olunmazdır. Xüsusən də pəhriz saxlayanlar səhər yeməklərində tox tutan qidalara üstünlük verməlidirlər.

Qəhvə: Tərkibindəki kofein sizi hərəkətə gətirəcək. Əgər səhərlər idman edirsinizsə, idmandan 45 dəqiqə əvvəl içilən qəhvə tez tərləmənizə, bu isə daha çox yağ yandırmanıza səbəb olacaq. Əgər qəhvə içdikdən sonra idman etsəniz, 15 faiz daha çox yan yandırmış olarsınız. Buna görə də təzyiq probleminiz yoxdursa, səhərlər qəhvə içə bilərsiniz.

Banan: Banan həm tox tutması, həm də ləzzətli olduğu üçün səhər yeməklərində  əvəzedilməz meyvədir. Tərkibindəki zəngin potasium ürəyə qüvvət verir, eyni zamanda immunitet sistemini gücləndirir. İmmunitet sistemini gücləndirən meyvələr sırasında ilk yerdədir.

Yumurta: Yumurta səhər yeməklərinin ulduzu və vazkeçilməz qidasıdır. Yumurta protein qaynağıdır. Mükəmməl bir bədənə sahib olmaq istəyirsinizsə və ya kökəlməkdən qorxursunuzsa, mütləq menyunuza yumurta əlavə edin. Səhər yeməklərində qayğanaq, yumurta-pomidor və ya qaynadılmış formada yumurta yesəniz, gün ərzində tox qalacaqsınız. Bundan başqa, idmanla məşğulsunuzsa, məşqçinizlə məsləhətləşərək yumurtanın ağına üstünlük verə bilərsiniz.

Qarağat: Bağırsaq metabolizmasını nizama salması baxımından qarağat səhər yeməklərində əvəzedilməz giləmeyvədir. Bundan başqa, mədə spazması və ya mədə xorası üçün qarağatın fövqəladə xeyri var. Antioksidan xüsusiyyəti ilə yanaşı, infeksiyalara qarşı qoruyucu gücə malikdir. Buna görə də immunitet sisteminin qoruyucularından biridir.