Bəzi günahlar bağışlanmaz


Digərləri 06 Yan 2019 20:35:00 244 0

Bəzi günahlar bağışlanmaz

Hər bir insan günah işlədən zaman bağışlanacağına ümidsiz olmamalıdır. Əgər ümidli olarsa, tövbə edər və bağışlanar.

Ancaq ümidsiz insan bağışlanmaz. Çünki bağışlanmağına görə heç bir ümidi yoxdur. Ona görə də tövbə etməz.

Son.az ahlibeyt.ge-yə istinadən bildirir ki, İlahi rəhmətdən ümidsiz olmaq - ən böyük günahlardandır. İnsan əgər ümidsiz olarsa, deməli Allahın sonsuz rəhmət və kərəminə etiqadı yoxdur.

Quran ümidsizliyi kafirin sifətlərindən adlandırmışdır. Buyurur: "Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz". ("Yusif" 87).

Allah Quranda özünü tövbələri qəbul edən kimi tanıtmışdır. "Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur". ("Şura" 25).

Allahın pak sifətləri: Təvvab, Ğəffar, Ğəfur, Qabil təvvabdır. Allah günahkarları Öz rəhmətinə tərəf dəvət edir və onlara tövbə etməyi əmr edir.

Ona görə də buyurur: "De: "Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!"". ("Zumər" 53).