Qazaxıstanda ermənilərə qarşı aksiyalar başladı VİDEO FOTO


Dünya 06 Yan 2019 18:59:00 266 0

Qazaxıstanda ermənilərə qarşı aksiyalar başladı  VİDEO  FOTO

Gənc qazaxın qətlindən qəzəblənən insanlar küçələrə axışdı, xüsusi təyinatlılar yeridildi, binalar üzərində snayperlər yerləşdirildi.

Bu gün, yanvarın 6-da Qazaxıstanın Karaqanda vilayətində minlərlə qazax küçələrə axışaraq etirazlara başlayıblar.

Son.az bildirir ki, musavat.com erməni mediasına istinadən xəbər verir ki, buna səbəb 23 yaşlı qazaxın "Qədim Roma" restoranında öldürülməsidir. Çoxminlik yürüşü əks etdirən kadrlar BASE Youtube kanalında yayılıb.

Erməni mediası açıq etiraf etməsə də, bu aksiyanın Qazaxıstandakı ermənilərə qarşı keçirildiyi şübhə doğurmur. Belə ki, gənc qazaxın qətlinə görə, bu ölkədəki erməni disasporunun 3 üzvü şübhəli sayılır. İzdihamlı aksiyanın öz məcrasından çıxaraq toqquşmalara səbəb olacağından ehtiyatlanan hökumət qabaqlayıcı tədbirlər görüb. Belə ki, kadrlardan da göründüyü kimi, aksiyanın keçirildiyi əraziyə xüsusi təyinatlı qüvvələr gətirilib, həmçinin binaların üstünə snayperlər yerləşdirilib. Məlumatlardan bəlli olur ki, qətl hadisəsindən bir gün sonra sosial şəbəkələrdə videokadrlar yer alıb. Yüzlərlə qəzəbli qazax qətl olayına görə Qazaxıstandakı erməni diasporunu günahlandırıb. Elə buna görə də polis dərhal küçələri nəzarət altına alıb, qəzəbli kütlənin ətrafını "çəpərləyib".

Qazaxıstan mediası öz növbəsində xəbər verir ki, polis əməkdaşlarının operativ əməliyyat tədbirləri nəticəsində üç kişi həbs olunub. Onlar Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və Nadırbekov Kair Xamirovişdir.