ABŞ Rusiya təyyarələrinin İrana satışına qadağa qoydu


Dünya 06 Yan 2019 18:45:00 148 0

ABŞ Rusiya təyyarələrinin İrana satışına qadağa qoydu

ABŞ Maliyyə Nazirliyi Rusiyada istehsal edilən "Sukhoi Superjet 100" sərnişin təyyarələrinin İrana satışı üçün ixracat sertifikatı verməkdən imtina edib.

Son.az bildirir ki, virtualaz.org İsrailin iHLS portalına istinadən xəbər verir ki, Rusiya təyyarələrinin ehtiyat hissələrinin 10%-ə qədəri ABŞ-da hazırlandığı üçün nazirlik bu sövdələşmənin həyata keçirilməsinə icazə verməyib.

İran hava yolları assosiasiyasının təmsilçisi Maqsud Əsədi Samani bildirib ki, hələlik təyyarələrin idxalı haqqında söhbət gedə bilməz. Onun sözlərinə görə, ABŞ-da istehsal edilən ehtiyat hissələrinin əvəzlənməsi xeyli vaxt tələb edə bilər.