"Sınıq Körpü"də "Donuz virusu" ilə bağlı tədbirlər görülür


Digərləri 06 Yan 2019 18:16:00 228 0

"Sınıq Körpü"də "Donuz virusu" ilə bağlı tədbirlər görülür

Gürcüstanda yayılan А(H1N1) - "Donuz qripi" virusu ilə əlaqədar Azərbaycanın qonşu ölkə ilə olan "Sınıq Körpü" gömrük sərhəd-buraxılış məntəqəsində profilaktik tədbirlər həyata keçirilir.

Son.az report-a istinadən bildirir ki, Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları xüsusi qoruyucu geyimlərdən istifadə etməklə ölkəyə daxil olan nəqliyyat vasitələrini, xüsusilə onların təkərlərini müxtəlif kimyəvi maddələrlə dezinfeksiya edirlər.

Daha sonra avtomobillər "yaşıl xətt"ə buraxılırlar.

İstər "donuz qripi", istərsə də "quş qripi"nin əsas əlamətləri qızdırma simptomudur. Buna görə də, bütün sərhəd-keçid məntəqələri lazımi termoqurğularla təchiz olunub.