“30 milyon müsəlman Ümrə ziyarətinə gələ biləcək”


Digərləri 06 Yan 2019 17:55:00 220 0

“30 milyon müsəlman Ümrə ziyarətinə gələ biləcək”

Krallığın ikinci böyük şəhəri və maliyyə paytaxtı olan Ciddənin 3.5 milyon əhalisi var.

Son.az musavat.com-a istinadən xəbər verir ki, "Arab News"un Ciddədən hazırladığı xəbərdə deyilir ki, Səudiyyə dövlətinin 2030-cu il planına görə, o vaxtdan etibarən hər il 30 milyon müsəlman Ümrə ziyarəti həyata keçirə biləcək. Bunun üçün zəvvarlara gərəkən bütün xidmətlər ən yüksək səviyyəyə qaldırılacaq.  Ötən il Ümrə ziyarəti üçün 2.555.000 müsəlmana viza verilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin məlumatlarına görə, indiyə qədər 2.183.031 zəvvar ölkəyə daxil olub. Hazırda krallıqda 408.611 zəvvar var. Məkkədə 286.568, Madinədə isə 122.043 zəvvar qeydə alınıb.

Həcc ziyarətçilərinin çoxu - 1.991.448 nəfər Krallığa hava, 184.580 nəfər quru, 7.003 nəfər isə dəniz üzərindən gəlib. Ən çox zəvvar Pakistan (600.015), İndoneziya (394.027), Hindistan (281.589), Malayziya (130.793), Yəmən (113.247), Misir (63.217), Türkiyə (60.086), BƏƏ (56.412) və Banqladeş (52.848) kimi ölkələrdən Səudiyyənin müqəddəs yerlərinə daxil olub.