GürcüstanRusiya sərhədkeçid məntəqəsinə gedən magistral bağlanıb


Dünya 06 Yan 2019 16:50:00 272 0

GürcüstanRusiya sərhədkeçid məntəqəsinə gedən magistral bağlanıb

Gürcüstan ilə Rusiya arasındakı "Kazbek-Yuxarı Lars" sərhəd-keçid məntəqəsinə gedən avtomobil magistralı yanvarın 6-da səhər saatlarında bağlanıb. Buna səbəb qarın aramsız yağması və dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin yaranmasıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentindən bildiriblər ki, güclü qar səbəbindən Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Qudauri-Kobi hissəsində də avtomobillərin hərəkətinə qadağa qoyulub.

Bundan başqa, magistralın Mleta-Qudauri hissəsində də avtomobillərin dayanmasına icazə verilmir.