Kriminal aləmdə “sunami”


Kriminal 06 Yan 2019 16:35:00 655 0

Kriminal aləmdə “sunami”

40 ildir "qanuni oğru" titulunu daşıyan Tariyel Oninani "Qara delfin" həbsxanasından çıxandan sonra nə olacaq?

Dünyada cinayət aləminin  ən nüfuzlu liderlərindən olan "Taro" ləqəbli Tariel Onianinin yazda azadlığa çıxacağı gözlənilsə də, "oğru dünyası" indidən hazırlıq içərisindədir. 2010-cu ildə adam oğurluğu və zorla tələbetmə ittihamları ilə 10 il müddətinə həbsə atılan "Taro" Orenburq vilayətindəki "Qara delfin" adlandırılan ciddi rejimli koloniyada cəza çəkir.

Onun azadlığa çıxmasının kriminal aləmdə böyük qanlı toqquşmalara səbəb olacağı haqda artıq xeyli iddialar var. Yada salaq ki, hələ ötən ilin avqustunda Tariyel Oniani ilə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin nümayəndəsi görüşüb. Rusiya KİV-nin xəbərinə görə, "Taro"nun azadlığa buraxılandan sonra Rusiyada qalmasını yasaqlayan sənədə imza atmaq üçün nazir hətta məzuniyyətini yarımçıq qoyub. Nazirin göndərdiyi nümayəndə ilə görüşən kriminal "marşal", məlumatlara görə, özünü çox ağayana aparıb, ona verilən  sənədi imzalayıb. Bu o deməkdir ki, Oniani azadlığa çıxdıqdan dərhal sonra Rusiya sərhədlərini tərk etməlidir.

Mili.Az musavat.com-a istinadən xəbər verir ki, Rusiya KİV-i yazır ki, "o, həbsxananın qapısında çıxan kimi kriminal aləmdə sunami başlayacaq".

"Taro"nun həbsxanaya yolu 17 yaşından başlayıb. Rusiyada və keçmiş SSRİ məkanında kriminal aləmin ən əfsanəvi fiqurlarından biri - Tariel Oniani - "Taro" 1952-ci ildə Gürcüstanda (Tkibuli) anadan olub. O, rəsmi milis (indi polis) məlumatlarında "Kutaisi qruplaşması"nın lideri kimi də tanınır. Milliyyətcə gürcü-svan olan Onianin atası şaxtada baş vermiş qəza zamanı həlak olub. Onianinin həbsxanaya yolu 17 yaşından başlayıb. Ən azı 8 məhkumluğu var.

Rusiya mənbələrinin yazdığına görə, Oniani "oğru tacını" 1970-ci illərdə alıb. SSRİ dönəmində - 1980-cı illərdə o, Moskvada ən nüfuzlu "qanuni oğru" kimi tanınıb. "Taro"nun slavyan qruplaşması ilə ilk qarşıdurması İrkutsk türməsində baş verən bir olayla başlayıb. Onianinin dəstəklədiyi "Maxo" ləqəbli avtoritet İlya Simoniya ilə bu yazıda adını hələ çox xatırladacağımız Vyaçeslav İvankov ("Yaponçik") arasında problem yaranır. "Sxodka" ların birində "Yaponçik" "Ded Xasan"ın dəstəyi ilə "Maxo"nu oğru adından məhrum edir. Oniani bunu özünə yönəlmiş addım hesab edir və bu klanlar arasında ilk qarşıdurma başlayır.

1991-ci ildə İvankov vaxtından əvvəl azadlığa buraxılanda artıq Avropada da yaxşı əlaqələr qurmağı bacarmış Oniani biznesinin əhəmiyyətli hissəsini "köhnə qitə"yə köçürür. Onun "Yaponçik"lə münaqişəsi Avropada da davam edir.

1990-cı ildən başlayaraq o, əvvəl Fransada, sonra isə İspaniyada tikinti biznesi ilə məşğul olur. Bəzi iddialara görə, Gürcüstanın "AİRzena" şirkətinin aksiyaları da Onianiyə məxsusdur. Oniani tezliklə İspaniyada möhkəmlənə bilir və onun ardınca daha bir neçə "qanuni oğru" bu ölkədə özünə yer edir. İspaniya qəzetləri artıq tez-tez Barselonanın ən bahalı məhəlləsində məskunlaşan Onianinin evini "rus mafiyasının mərkəzi qərargahı" adlandırmağa başlayır. 2005-ci ildə İspaniya polisinin Avropada kriminal qruplaşmalara qarşı keçirdikləri irimiqyaslı əməliyyat zamanı bir neçə gürcü "vor zakon" həbs edilsə də, "Taro" polisdən gizlənə bilir. Amma bu əməliyyatda Usoyan klanına yaxın olan Zaxar Kalaşov ("Şakro Molodoy") həbs edilir ki, (hazırda yenə həbsdədir ) o da sonradan Oniani ilə konfliktə girir.


Xəbərə aid fotolar