ABŞın Müdafiə Nazirliyində qalmaqal:


Dünya 06 Yan 2019 16:14:00 276 0

ABŞın Müdafiə Nazirliyində qalmaqal:

Trampın Suriya qərarına etiraz edən admiral istefa verdi.

Donald Tramp ABŞ-ın Suriyadakı hərbi kontingentinin çıxarılacağını bəyan etdiyi günün ertəsi ABŞ-ın müdafiə naziri Cim Mettis tutduğu vəzifədən istefa verdi və prezidentə şok yaşatdı. Dəniz piyadaları korpusunun generalı, "Çılğın köpək" ("Mad Dog") ləqəbli, 68 yaşlı generalın gedişi ilə iş bitmədi.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin yüksək vəzifəli daha bir admiralı istefa verib. 2017-ci ilin yanvarından vəzifə başında olan Kevin Sviney Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi idi. O, Cim Mettisin istefasından düz bir ay sonra istefa qərarını açıqlayıb. Admiral istefa ərizəsində prezident Trampın adını çəkməyib.

BBC yazır ki, ABŞ-ın Müdafiə Nazirliyində və xarici siyasətində qeyri-müəyyənlik yaranıb. Problemin kökündə dayanan səbəb isə ABŞ prezidentinin Suriya ilə bağlı gözlənilməz açıqlamasıyla əlaqəlidir.