Cəlilabadda eramızdan əvvələ aid daş kitabə tapılıb FOTO


Digərləri 06 Yan 2019 16:06:00 235 0

Cəlilabadda eramızdan əvvələ aid daş kitabə tapılıb  FOTO

Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində daş kitabə tapılıb.

Son.az report-a istinadən bildirir ki, tarixi tapıntı yerli tarixçi Elşad Əmənov tərəfindən aşkar edilib.

E.Əmənovun sözlərinə görə, bu kitabə təxminən eramızdan əvvəl I minilliyə aiddir. Həmçinin tarixçi bildirib ki, salnamədəki yazılar tariximizin ilk rəsmi yazı sistemi olan - Runik yazı sistemində yazılıb.

İndiyədək Cəlilabad rayonu ərazisində bu tapıntı da, daxil olmaqla 11 daş yazı nümunəsi aşkar edilib. Onlardan 9-u Runik hərflərlə yazılıb, digər ikisinin qrafiki hələ ki, müəyyən olunmayıb.

Tapıntı Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.


Xəbərə aid fotolar