Rusiyada qəzaya düşən azərbaycanlılardan üçünün vəziyyəti ağırdır


Dünya 06 Yan 2019 15:34:42 245 0

Rusiyada qəzaya düşən azərbaycanlılardan üçünün vəziyyəti ağırdır

Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.

Son.az bildirir ki, Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, onların arasında 2 yaşlı uşaq da var.

Qeyd olunur ki, daha 10 nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlara lazımi yarım göstərilir. Yaralananlar Bakı sakinləridir.

Stavropol diyarının yol polisinin verdiyi məlumata görə, mikroavtobus sürücüsnün idarəetməni itirməsi nəticəsində aşıb.