Azərbaycanlı Türkiyədən avtomobil qiymətinə it aldı


Digərləri 06 Yan 2019 12:49:00 231 0

Azərbaycanlı Türkiyədən avtomobil qiymətinə it aldı

Türkiyənin Zonquldak vilayətində yetişdirilən Anadolu çoban itlərinin qiyməti çoxlarını məəttəl qoyur. 24 aylıq itin erkəyinin qiyməti bir yeni avtomobilin qiyməti ilə eynidir.

Son.az bildirir ki, virtualaz.org "Habertürk"ə istinadən bildirir ki, Zonquldak şəhərində yaşayan 40 yaşlı Emre Baykal uşaqlıqdan itlərlə böyüdüyünü deyir. Hazırda onun 14 iti var. İki ayağı üstə durduğu zaman insan boyunu keçən bu itlərə bütün Türkiyədə və onun hüdudlarından kənarda da böyük maraq var.

Mənbə əlavə edir ki, bu itlərin əsas qidasını ət və sıyıq təşkil edir.