İrandan Avropa İttifaqına


Dünya 06 Yan 2019 12:34:00 192 0

İrandan Avropa İttifaqına

 İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimi ABŞ-ın Tehrana qarşı sanksiyalarının təsirini azaltmaq üçün xüsusi maliyyə mexanizminin yaradılmasında yubanmaya görə Avropa İttifaqını (Aİ) tənqid edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi yazıb.

"İslam Respublikası sözsüz ki, "SVP" (xüsusi maliyyə mexanizmi - red.) adlanan maliyyə mexanizminin yaradılmamasında Avropanı məsuliyyətli bilir", - agentlik Qasiminin sözlərini sitat gətirib.