Çaylarda sululuq səviyyəsi dəyişib


Digərləri 06 Yan 2019 10:31:00 324 0

Çaylarda sululuq səviyyəsi dəyişib

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edib.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 163 m3/s olmaqla ongünlük normanın 100 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 245 m3/s olmaqla ongünlük normanın 150 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 119 faizinə bərabər olub.