Suriya: Beynəlxalq koalisiya İŞİDin böyüməsinə imkan yaradır


Dünya 06 Yan 2019 09:14:00 292 0

Suriya: Beynəlxalq koalisiya İŞİDin böyüməsinə imkan yaradır

Suriyada qanunsuz fəaliyyət göstərən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in böyüməsinə imkan yaradır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Bu gün BMT-nin baş katibinə və BMT Təhlükəsizlik Şurasının sədrinə məktublar göndərən XİN qeyd edir ki, koalisiyanın əsas hədəfi İŞİD terror qruplaşmasının mövqeləri deyil, "Deyr-əz-Zor əyalətinin əhalisi sıx olan rayonlarda yaşayan günahsız suriyalılardır": "Bu "koalisiyanın" hərəkətləri lap əvvəldən cinayətkar terror qruplaşmasının Suriyada qalması və yenidən böyüməyə başlaması üçün uyğun şəraitin yaradılmasına imkan verir".