2018ci ildə təhsil sahəsində əsas


Digərləri 06 Yan 2019 09:04:00 408 0

2018ci ildə təhsil sahəsində əsas

2018-ci il Azərbaycanda təhsil sahəsində həm ciddi kadr islahatlarının, həm də onun məzmununun və idarə edilməsi strukturunun təkmilləşdirilməsi ilə bağlı atılan addımlarla yadda qaldı.

Son.az Trend-ə istinadən bildirir ki, təhsil sahəsində kadr təyinatında əsas yenilik yeni təhsil nazirinin və nazir müavinlərinin təyinatı ilə bağlı olub.

Ötən il təhsil nazirinin müavini işləmiş Ceyhun Bayramov təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri işləmiş Məhəbbət Vəliyeva, eyni zamanda, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini işləmiş İdris İsayev təhsil nazirinin müavinləri təyin ediliblər.

2018-ci il ərzində Azərbaycanda təhsil sahəsində bir çox işlər görülsə də, əsas əhəmiyyətli dəyişikliklərin təhsil qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar olduğunu söyləmək olar.

Keçən il ərzində "Təhsil haqqında" qanuna edilən dəyişikliklər təhsilin bütün pillə və səviyyələrini əhatə edib. Yeni qəbul edilmiş dəyişikliklərə əsasən, beynəlxalq fənn olimpiadalarının, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Yola saldığımız ildə 1-ci sinfə qəbulla bağlı ən böyük problemlərdən biri də həll edilərək 6 yaşı təqvim ili ərzində (uşağın məktəbə getməli olduğu il) tamam olmayan uşaqların 1-ci sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılıb. "Təhsil haqqında" qanuna edilən yeni dəyişikliyə əsasən, təqvim ili ərzində 6 yaşı tamam olan uşaqlar ümumtəhsil müəssisələrinin 1-ci sinfinə heç bir müsabiqə tələb olunmadan qəbul oluna biləcəklər. Qeyd edək ki, bu yenilik 2018-2019-cu tədris ili üzrə I siniflərə qəbul zamanı artıq tətbiq edilib.

2018-ci il ərzində hazırlanan bəzi yeni qanun layihələrində də maraqlı təkliflər öz əksini tapıb və yeni təşəbbüslər ortaya qoyulub.

Yeni hazırlanan "Ümumi təhsil haqqında" qanun layihəsinə əsasən, Azərbaycanda təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olacaqlar. Ümumi təhsil müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də ölkə və beynəlxalq olimpiadaların qalibləri olan təhsilalanlar üçün ümumi təhsil müəssisəsinin öz vəsaiti hesabına məqsədli pul mükafatı təsis edə bilər.