Əfqanıstanda silahlılar 10 dinc sakini girov götürüblər


Digərləri 06 Yan 2019 02:19:00 284 0

Əfqanıstanda silahlılar 10 dinc sakini girov götürüblər

Əfqanıstanın Fərəh əyalətində silahlılar 2 dinc sakini qətlə yetirib, 10-nunu isə girov götürüblər

Bakı. Əfqanıstanın Fərəh əyalətində silahlılar 2 dinc sakini qətlə yetirib, 10-nunu isə girov götürüblər. Trend-in məlumatına görə, silahlılar Dor Abad rayonundan Fərəh şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitəsini saxlayıblar. Nəqliyyat vasitəsində olan 12 nəfərdən 2-sini öldürüblər, 10-nunu isə girov götürüblər.