Kia yenilənmiş Seed GT təqdim edib FOTO


Digərləri 05 Yan 2019 23:58:00 544 0

Kia yenilənmiş Seed GT təqdim edib  FOTO

Koreyanın avtomobil istehsalçısı olan KIA hetçbək Ceed-in idman versiyasını təqdim edib. Modelin xarici görünüşü elə də dəyişilməyib: yeni bamperlər, radiator barmaqlığı, kandar əlavələri, qaz buraxma sisteminin iki borusu, o cümlədən 18-düymlük təkər diskləri.

Son.az auto.a-a istinadən bildirir ki, Ceed GT-nin salonunda yeni oturacaqlar quraşdırılıb. Həm oturacaqlarda, həm də salonun digər yerlərində qırmızı tikişlər var. Nəhayət, avtomobil idman üslubunda yeni sükan alıb.

Yeni nəslə mühərrik elə sələfindən keçib, 1,6-lirlik turbo dördlük. Lakin o, təkmilləşdirilib və 204 a.g., 265 Nm fırlanma anına malikdir. Əvəzində isə 7-pilləli, iki muftalı sürət qutusu peyda olub. Onun ötürücüləri sükan arxasındadır. Müştərilər, həmçinin 6-pilləli mexaniki sürət qutusu sifariş verə bilərlər.


Xəbərə aid fotolar