Bakıda bir neçə ay əvvəl aldığı maşını oğurladılar


Digərləri 05 Yan 2019 23:21:00 519 0

Bakıda bir neçə ay əvvəl aldığı maşını oğurladılar

Bakıda minik avtomobili oğurlanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, axşam avtomobilini yaşadığı binanın həyətində saxlayan şəxs səhər işə gedəndə nəqliyyat vasitəsinin oğurlandığını görüb. Hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində Qabil Kərimovun başına gəlib.

Zərərçəkmişin sözlərinə görə, bir gün əvvəl ''Vaz-2107'' markalı avtomobilini öz yaşadığı binanın həyətində saxlayaraq evinə qalxıb. Qabil Kərimov dərhal ''102'' xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 13-cü polis bölməsinin əməkdaşları gəlib baxış keçiriblər. Qabil Kərimov 2009-cu il istehsalı olan həmin avtomobili bir neçə ay əvvəl 7 min manata aldığını deyir.