Infinitidən konsept Project Black S FOTO


Digərləri 05 Yan 2019 23:30:00 265 0

Infinitidən konsept Project Black S  FOTO

Infiniti-nin ilk dəfə 2017-ci ildə Cenevrədə təqdim etdiyi Project Black S modeli artıq işlək vəziyyətə gətirilib. Project Black S şirkətin mühəndisləri və Renault Sport Formula One komandası tərəfindən birgə hazırlanıb. Əsas yenilik ikili hibrid qurğusu texnologiyasının quraşdırılmasıdır ki, bu, seriyalı modellərdə istifadə edilə bilər.

Son.az auto.a-a istinadən bildirir ki, avtomobil 3-litrlik, iki turbo yükləyicili, 400 a.g. və 475 Nm fırlanma anı verən V6 mühərriklə təchiz edilib. O, həmçinin 4,4 kVt-lıq, 3 elektrik mühərrikli hibrid sistemə malikdir.

Project Black S-də elektrik mühərriki avtomobilin arxa oxunda quraşdırılıb və 160 a.g. verir. Bu, avtomobilə, ümumilikdə, 563 a.g. verir. Infiniti texniki xarakteristika barədə ətraflı məlumat verməyib, lakin bildirib ki, Project Black S yerindən 100 km/saata 4 saniyədən də tez sürətlənir və o, seriyalı Q60 Red Sport 400-dən 163 a.g. daha güclüdür.


Xəbərə aid fotolar