“Ayrılmaq istəyirsənsə, bunu açıq etiraf elə”


Digərləri 05 Yan 2019 23:15:00 217 0

“Ayrılmaq istəyirsənsə, bunu açıq etiraf elə”

Sevgiliniz münasibətiniz müddətində özünü xoşbəxt hiss etməyə bilər. Münasibətdəki gizli bədbinlik cütlüklər üçün qorxuducudur. Bu, sizin varlığınızı unutmasına belə, gətirib çıxara bilər. Lakin narahat olmayın.

1. Birlikdə daha az vaxt keçirirsiniz

Tərəf müqabiliniz xoşbəxt deyilsə, vərdişlərini və sizinlə keçirdiyi zaman miqdarını dəyişdirməyə başlayın. Bu, son zamanda tez-tez baş verirsə, təlaşlanmayın. Ancaq vəziyyətdən asılı olaraq tədbirlər görün. Hər cür münasibətdə belə dəyişikliklər labüddür. Lakin bu, bir uyğunsuzluq işarəsi də ola bilər.

2. Tərəf müqabiliniz tənha qalır

Onun davranışında dəyişiklik görsəniz, demək, burada nəsə var. Və bu dəyişiklik sizi kənarda qoyursa, sizi xoşagəlməz sürpriz gözləyir. O, sizinləykən özünü xoşbəxt hiss etmədiyi üçün sizdən uzaqda vaxt keçirir. Hər şey üçün çox gec olmadan, onunla söhbət edin.

3. Qəzəbinə hakim ola bilmir

Əvvəlki vaxtlara nisbətən daha tez əsəbiləşməyə başlayıbsa, bu, bir problem ola bilər. Səbr mövzusunda dəyişiklik hiss edirsinizsə, demək, o, sizinlə xoşbəxt deyil. Bir insan münasibətində xoşbəxt deyilsə, əsəbləşməklə hirsini çıxarır. Belə halla rastlaşmısınızsa, vaxt keçmədən onunla danışın.

4. Sükutla qarşılaşırsınız

Laqeyd olmaq xəyanət üçün zəmin hazırlayar. Bir-birinizlə mübahisə etməyə bilərsiniz. Bu heç də o demək deyil ki, sizin münasibətlərinizdə bir problem yoxdur. Sevgiliniz sizə qarşı səssiz və uzaqdırsa, ən qısa müddətdə bunun qarşısını almağa çalışın və məsələni araşdırın.

5.  Ünsiyyətdə bir çatışmazlıq var

Sevgilinizin xoşbəxt olmadığını göstərən başqa bir məqam ünsiyyətdə qeyri-kafiliyin meydana gəlməsidir. Əlbəttə hər kəs zamanla fərqli ruh halları yaşaya bilər. Ruh hallarında dəyişikliklər normaldır. Ancaq bu vəziyyətin bir neçə gündən çox davam etməsi artıq başqadır. Danışmaq yalnız dillə olmur. Münasibət bədənlə olduğu qədər, davranışlarla da olur. Məsələn, o sizə olan rituallarını dəyişibsə, mövzunu dilə gətirməyin vaxtıdır.