ABŞ əsgərləri daha bir ölkəni tərk edir


Dünya 05 Yan 2019 23:02:00 241 0

ABŞ əsgərləri daha bir ölkəni tərk edir

Sputnik. Suriyadan sonra ABŞ-ın Somalidəki hərbi mövcudluğunu da azaldacağı iddia edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Somalidəki hərbi mövcudluğunu və "Eş-Şebab" terror təşkilatına yönələn hava hücumlarını azaltmağı planlaşdırır.

"Eş-Şebab" hələ də Somali və qonşu ölkələr üçün təhdid olsa da, ABŞ üçün birbaşa təhlükə olmadığı deyilib.

Bu addımın digər səbəbi kimi isə "Eş-Şebab" terror təşkilatının bir sıra liderlərinin ələ keçirilməsi göstərilir. Bir ABŞ səlahiyyətlisi məsələ ilə bağlı hədəflərin azaldığını söyləyib.