"Hökumət aylarla bağlı qala bilər"


Dünya 05 Yan 2019 23:04:00 266 0

"Hökumət aylarla bağlı qala bilər"

"Meksika sərhədinə divarın hörülməsi üçün vəsait ayrılmazsa, büdcə böhranı davam edəcək və ABŞ hökuməti aylarla qapalı qala bilər".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Konqresin aparıcı nümayəndələri ilə görüşündən sonra deyib.

Nyu-Yorkun senatoru, demokrat Chuck Schumer deyib ki, Tramp hökumətin aylarla, hətta illərlə qapalı qala biləcəyini söyləyib. Bu sözləri Trampa xatırlatdıqda "Bəli, bu sözləri demişəm. O qədər uzun olacağını zənn etmirəm, amma, buna hazıram" cavabını verib.

Donald Tramp bildirib ki, Meksika sərhədindən ABŞ-a cinayətkarlar, insan tacirləri qeyri-qanuni yollarla daxil olur: "Bu, ciddi milli təhlükəsizlik məsələsidir. Oyun oynamırıq, bunu etmək məcburiyyətindəyik".