Kişilər ata olandan sonra depressiyaya düşürlər


Digərləri 05 Yan 2019 22:55:00 423 0

Kişilər ata olandan sonra depressiyaya düşürlər

Rusiya mətbuatının yazdığına görə, araşdırmalar hər 5 kişidən birinin ata olduqdan sonra depressiyaya düşdüyünü sübut edib.

Belə ki, üzərində müşahidə aparılan ataların 21 faizi övladlarının 12 yaşı olana qədər mütəmadi olaraq depressiyadan əziyyət çəkirlər. Araşdırmalar zamanı 87 min ailə üzərində müşahidə aparılıb. 1993-2007-ci illərdə həkimə müraciət edən gənc ataların beşdə birinin depressiya əleyhinə müalicə olunduğu məlum olub.