Ağlamaqdan 40 ildir gözləri tutulan Bənövşə nənə


Digərləri 05 Yan 2019 22:58:00 304 0

Ağlamaqdan 40 ildir gözləri tutulan Bənövşə nənə

Hər insanın ömrü bir kitabdır. Orada sevincli günlərlə yanaşı, kədər, göz yaşı, ağrı-acı, dərd də yer alır. Budəfəki qəhrəmanımızın ömür kitabını özü ilə bərabər vərəqlədikcə, həyatının əzab-əziyyətlə keçdiyinə şahid oluruq.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Bənövşə nənə ağrı-acılarla dolu ömrünün bəzi məqamlarını ilə bölüşür: "1927-ci ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olmuşam. Çoban ailəsində dünyaya göz açdığım üçün uşaq yaşımdan heyvan otarmağı, at minməyi öyrəndim. "Tərəkəmə" elatından olduğumuz üçün payız, qış fəsillərini aran rayonlarında, yaz-yay aylarında isə dağlıq rayonlarda yaşayırdıq. Uşaq yaşlarından çətin mühitdə yaşamağa öyrəndim. Tərəkəmə həyatı bizə baha başa gəldi. ki, nə məktəb oxuduq, nə də bir sənət sahibi olduq. Bizimlə yanaşı qız övladlarımız da bu çətinlikləri yaşadı".

Hər kəs kimi Bənövşə nənənin də arzuları olub. Ancaq yaşadığı mühit o arzuların üstündən xətt çəkib. Erkən yaşda ailəsinin istəyi ilə uzaq qohumu ilə ailə həyatı qurub. Ailə qurduqdan sonra da həm kişi, həm də qadın yerinə işləyib.

Gündəlik çətinliklər bir tərəfə, qəhrəmanımızı qardaş və oğul itkisi ömür boyu gözü yaşlı qoyub: "O dövr "qan davası" olan vaxtlar idi. Kimsə birini öldürürdüsə, ölənin qohum-əqrəbasından biri həmin adamı və yaxud onun yaxın qohumlarından birini öldürürdü. Kiçik qardaşım da "qan davası"nın qurbanı oldu. Babamla düşmənçiliyi olan biri qardaşımı gənc yaşında öldürdü. Qardaşımın bir körpə balasının yetim qalması dərdimizin üstünə dərd gətirirdi. Hər onun üzünə baxanda, əzab çəkirdik. O gündən gözümün yaşı qurumadı. Bir qardaşım da həbs olundu. Onun da övladları başsız qaldı. Dərdim günü-gündən çoxalırdı. Təsəlli tapmağa heç nə yox idi".

Bənövşə nənə danışır ki, qardaş dərdinin üstünə bir də övlad acısı gəlib: "Dörd qız, 3 oğlan övlad dünyaya gətirdim. Hər bir valideyn kimi mən də övladlarımın gələcəyinin gözəl olmasını, təhsil almalarını istəyirdim. Çox təəssüf ki, köçəri həyat övladlarımın təhsil almağına imkan vermədi. Təhsilləri olmasa da, xoşbəxt ailə həyatları olmasını arzulayırdım. Deyirlər, "sən saydığını say, gör, fələk nə sayır". Bir qızım bacım oğlu ilə ailə qurdu. Toydan bir il ötməmiş bacım oğlu ağciyər xəstəliyindən vəfat elədi".


Xəbərə aid fotolar