Uşaq tərbiyəsində 5 vacib mövzu


Digərləri 05 Yan 2019 22:35:00 279 0

Uşaq tərbiyəsində 5 vacib mövzu

Uşağınızı dünyanın bütün çətinlik və müsibətlərindən qoruya bilməzsiniz amma onu bunlara qarşı ən yaxşı şəkildə hazırlaya bilərsiniz. Hər bir valideyn özünə güvənən, mehriban, uyğunlaşma çətinliyi çəkməyən, xoşbəxt və müvəffəqiyyətli uşaq yetişdirmək istəyir. Lakin, sıx bir proqram və gündəlik gərginliklərlə başa çıxmağa çalışarkən, eyni zamanda uşağınızın duyğusal ehtiyaclarını ödəmək və onlara həyat dərsləri verməkdə çətinlik çəkə bilərsiniz. Yaxşı xəbər odur ki, bəzi fürsətləri gecikməyiniz normaldır. Uşağınıza mənəvi olaraq, dəstəkləndiyini hiss etdiyi bir mühiti yaradaraq, həyatın hər sahəsində onlara dəstək olacaq və öz şüurunu inkişaf etdirmək üçün köməkçi olarsınız. Uşağınıza tərbiyə mövzusunda öyrədilməli ən vacib 5 mövzu aşağıdakı kimdir:

1. Səhv etmək təbiidir.

Mükəmməllik üçün səy göstərmək, özünə güvən hissinə zərər edər, çünki mükəmməl olmaq mümkün deyil! Hər kəs xəta edər, bu öyrənmə və inkişafın mühüm bir hissəsidir. Utanclıq əvəzinə, səhvlər haqqında açıq bir söhbət yaratmaq, təzyiq və günahkarlıq hissinin yaranmasına mane olur. Öz səhvlərinizdən və bu səhvlərdən öyrəndiklərinizi uşağınızla bölüşməkdən çəkinməyin.

2. Ətrafınızdakı insanları mühakimə etməyin.

Başqalarını mühakimə etdiyiniz zaman, özünüzü iki dəfə mühakimə etməyə meylli olacaqsınız. Mühakimə etmək əvəzinə, birinin təcrübəsi haqqında açıq fikirlə müzakirə edə bilərsiniz. Siz insanlarda daha çox üstün keyfiyyətləri görüb vurğuladıqca, uşağınızda eyni cür düşünəcək. Yadda saxlayın ki, uşaq valideynlərin güzgüsüdür.

3. Hissləriniz əhəmiyyətlidir.

Hisslərinizin səhv və ya utanc verici olduğunu düşünmək, stress səbəbidir. Uşaqlarınız həqiqi hisslərini gizlətməyə çalışdıqda problemlər də toplanmağa başlayar. Uşaqlarınıza duyğularını bölüşmək və onları təsdiq etmək imkanı vermək çox vacibdir. Bu təcrübə, onların daxili-dəyər duyğularını yüksəldərək və duyğulaının düzgün ifadə etmə bacarığını təmin edir.