Rusiyada Volvo Hyundaila toqquşub, ölənlər və yaralanan var


Dünya 05 Yan 2019 22:36:00 228 0

Rusiyada Volvo Hyundaila toqquşub, ölənlər və yaralanan var

Rusiyanın Penza vilayətində "Volvo" yük maşını "Hyundai Elantra" minik avtomobili ilə toqquşub.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin vilayət idarəsinin nümayəndəsi bildirib.

Bildirilir ki, yol qəzası Moskva vaxtı ilə saat 15:45-də M-5 "Ural" federal avtomobil yolunun 556-cı kilometrində baş verib: "İlkin məlumata əsasən, "Volvo" yük maşınının və "Hyundai Elantra" minik avtomobilinin toqquşması baş verib. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və 3 sərnişin (kişi, qadın və uşaq) aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. "Volvo" yük maşınının sürücüsü yüngül xəsarətlər alıb və tibbi yardım göstərildikdən sonra buraxılıb".