14 ildir komada yatan qadın zorlandı, uşağı dünyaya gəldi


Digərləri 05 Yan 2019 22:17:00 355 0

14 ildir komada yatan qadın zorlandı, uşağı dünyaya gəldi

14 ildir ki, komada olan amerikalı qadın uşaq dünyaya gətirib.

Son.az medicina.az-a istinadən bildirir ki, qadın 14 il əvvəl suda boğulub, lakin komaya düşdüyündən aparatlara qoşulub.   Amerika xəstəxanasında yatan qadın dekabrda uşaq dünyaya gətirib. Məlum olub ki, qadını kimsə zorlayıb və o, hamilə qalıb. Lakin həkimlər və xəstəxana işçiləri  aylar ərzində onun hamilə olduğunu bilməyiblər, bu onların ağıllarına da gəlməyib.

Bir neçə saat inildəyən xəstədən uşaq dünyaya gəldiyini görən həkimlər dərhal hərəkətə keçib.