Ermənistan əhalisinin sayı azalır
Dünya 05 Yan 2019 21:38:00 534 0
Ermənistan 2018-ci ili iqtisadi və demoqrafik problemlərlə başa vurub. Statistik hesablamalara görə, iqtisadi sahədə 10,3 faiz, kənd təsərrüfatı sahəsində 8,3 faiz azalma müşahidə olunub.
Son.az publika.az-a istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında ixracat 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb. Əvəzində idxaldan asılılıq 24,2 artıb. Ermənistan Statistika Komitəsinin açıqladığı məlumata görə, xarici borc 7 milyard dollara çatıb. Bir il ərzində xarici borc 95 milyon dollar artıb. 2019-cu ilin sonuna kimi isə Ermənistanın dövlət borcu təxminən 7,5 milyard dollar təşkil edəcək. Bu barədə Ermənistan Maliyyə Nazirliyinin dövlət borclarının idarə olunması idarəsinin rəisi Arşaluys Marqaryan bildirib. O deyib ki, bu məbləğ hökumətin və Ermənistan Mərkəzi Bankının xarici və daxili borclarını əhatə edir.
Son bir ildə Ermənistan əhalisi 15 min nəfərə yaxın azalıb. BMT-də müəyyən edilmiş demoqrafik yaşlanma miqyasına görə, 65 və daha yuxarı yaşda əhalinin sayı 7 faizdən çox olarsa əhali yaşlanır. Ermənistanda bu rəqəm 2018-ci ildə ilin əvvəli ilə müqayisədə 11,6 faiz təşkil edir. Doğum sayı isə 4,2 faiz azalıb.