Yatağa məhkum olan asərbaycanlı yazıçı: Xəstəlik aman vermir


Digərləri 05 Yan 2019 21:21:00 301 0

Yatağa məhkum olan asərbaycanlı yazıçı: Xəstəlik aman vermir

Tanınmış yazıçı Vidadi Babanlının doğum günüdür. Yazıçı şad gününü xəstə yatağında qarşılayıb.

Son.az yenicag.az-a istinadən bildirir ki, V.Babanlı xəstəlikdən əziyyət çəkdiyini və buna görə də doğum gününü qeyd etmək istəmədiyini bildirib:

"Səhhətim yaxşı deyil. İllərdir ki, yatağa məhkumam. Buna görə də doğum günümü qeyd etməyəcəm. Amma arzularım çoxdur. Yarımçıq qalmış romanımı bitirmək istəyirəm. Amma xəstəlik aman vermir".