Bakıda bir ailə dəm qazından zəhərləndi


Digərləri 05 Yan 2019 21:27:00 456 0

Bakıda bir ailə dəm qazından zəhərləndi

Goradil qəsəbəsində zəhərlənmə hadisəsi qeydə alınıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Goradil qəsəbəsinin təxirə salınmaz tibbi yardım məntəqəsinə daxil olan məlumata əsasən, qəsəbə sakini 41 yaşlı Elnarə Aslanova və yeddi  övladı dəm qazından zəhərlənib.

E.Aslanova və övladları təcili olaraq Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bu xəbəri saytımıza  təsdiqləyib.

Qeyd edək ki, E.Aslanovanın 10 övladı var.

Toksikologiya Mərkəzindən verilən məlumata görə, E.Aslanovanın və övladlarının həyati təhlükəsi yoxdur.