Sadə nəvazişlə körpələrin sancısını azaltmaq mümkündürmü?


Digərləri 05 Yan 2019 21:27:00 493 0

Sadə nəvazişlə körpələrin sancısını azaltmaq mümkündürmü?

Körpələri ağlamağa vadar edən səbəbi anlamasaq da, onların narahatçılığını azaldan sadə bir üsul var.

Oxford Universiteti ilə Liverpool Universitetinin birgə araşdırmasının nəticəsində müəyyənləşib ki, körpələri nəvazişlə oxşamaq ağrı ilə bağlı beyin fəaliyyətini azaldır.

Tədqiqatçılar qan analizi götürülən 32 körpənin beyin fəaliyyətini izləyiblər.

Analizdən əvvəl onların yarısını yumşaq fırça toxunuşu ilə oxşayıblar. Bu qrupdakı körpələrin beynində ağrı fəaliyyəti 40 faiz daha az olub.

Əsas məsələ sürətdir

"Görünür ki, toxunuş əks təsirləri hərəkətə gətirmək riski olmayan ağrıkəsici potensialına malikdir," analizi aparan komandadan Dr Rebecca Slater izah edib.

Xəstəxanada qaldıqları müddətdə körpələr bir sıra tibbi testlərdən keçirilirlər

Bundan əlavə, körpələrdə ağrını azaltmaq üçüm optimal sürətin saniyədə 3 santimetr olduğu sınaq əsnasında ortaya çıxıb.

"Valideynlər körpələrini intuitiv olaraq bu optimal sürətdə oxşayırlar," Slater əlavə edib.

"Bu cür üsulların neyrobioloji əsaslarını daha yaxşı anlaya bilsək, valideynlərə uşaqlarını necə rahatlaşdıracağına dair məsləhətlər verə bilərik."

Həmin nəvaziş sürəti dəridə C-toxunma afferent liflər (C-tactile afferent fibers) adlı hissiyyat neyronlarını akitvləşdirir. Artıq bunun yetkin yaşlı insanlarda ağrını azaltdığı ortaya çıxıb.

Lakin uşaqların da eyni reaksiya verib-verməyəcəyi məlum deyildi. Eləcə də bunun, böyüdükcə inkişaf edib-etmədiyi də bilinmirdi.