Fransada etiraz aksiyalarında azı 25 min insan iştirak edir


Digərləri 05 Yan 2019 21:20:31 443 0

Fransada etiraz aksiyalarında azı 25 min insan iştirak edir

Fransada yanacağın qiymətinin qalxması ilə əlaqədar 8-ci etiraz aksiyasında azı 25 min insan iştirak edir

Bakı. Fransada yanacağın qiymətinin qalxması ilə əlaqədar 8-ci etiraz aksiyasında azı 25 min insan iştirak edir. Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyinə hüquq-mühafizə orqanlarından bildiriblər. Xatırladaq ki, daha əvvəl Fransa polisi Parisdə "sarı jiletlər"in keçirdiyi etiraz aksiyasının iştirakcılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Polislərin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsinə səbəb aksiya iştirakçılarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atmaları olub.