Körpəyə qulluq zamanı


Digərləri 05 Yan 2019 20:45:00 410 0

Körpəyə qulluq zamanı

Yeni doğulan körpəyə qulluq zamanı ilk 6 ay daha çox əhəmiyyətlidir. Uşağı qucaqda düzgün tutmaqdan yuxu nizamı, əmizdirmə, qazının çıxarılması kimi bir çox əhəmiyyətli məqamlar var.

Körpəni tutarkən diqqətli olun

Yeni doğulan körpələrin əzələləri hələ inkişaf etmədiyi üçün qucağınıza alarkən diqqət etməlisiniz. Xüsusilə boyun hissəsi yumşaq olduğu üçün bir əlinizlə boynundan tutmalısınız. Beşikdən götürərkən və yatırarkən də körpəni boynundan tutmağı unutmayın. Tutarkən çox sıxmamağa çalışın. Əks təqdirdə beyninə zərər verə bilərsiniz.

Əmizdirərkən körpəni uyğun mövqedə tutun

Ana südü sağlamlıq baxımından olduqca faydalıdır. Körpənin immunitet sistemini gücləndirir. Əmizdirərkən körpənin südə rahat çata bilməsinə diqqət edin. İlk zamanlar bunun təmin edilməsi sizin üzərinizə düşür. Bunun üçün əvvəlcə körpəni sinənizə doğru gətirin. Ac olduğu üçün bəlkə ağzını açacaq, açıq ağzını döşlərin ucuna yerləşdirin. Boynundan dəstəkləyərək daha rahat formada əmməsinə şərait yaradın. Körpənin iki döşünüzü də ən az 10 dəqiqə əmməsinə icazə verin.

Körpənin qazını çıxarmağı unutmayın

Körpənin əmizdirmə əsnasında aldığı hava həzmə mane ola bilər. Bu da körpəni narahat edir. Ona görə də çox havanı sərbəst buraxmaq üçün qazını çıxarmağınız olduqca əhəmiyyətlidir.  

Körpəni oturma mövqeyində qucağınıza alın. Bir əlinizlə öndən tutun, digər əlinizlə yavaşca kürəyini sığallayın. Yüngül gəyirmə səsini eşidənə qədər davam edin.

İlk günlər yalnız süngər vannası edin

Qalan göbək bağı düşənə qədər körpəyə süngər vannası edin. Göbək bağı quru qaldığı 2-3 həftə müddətində düşəcək. Yaş olduqda yavaşca qurulayın. Yeni doğulan körpələr çox kirlənmir. Buna görə də süngər vannası edərkən körpənin dərisini sərt şəkildə ovmayın. İlıq su istifadə edin. Göbək bağı düşdükdən sonra normal çimizdirə bilərsiniz. İlk il həftədə iki dəfə çimməsi kifayətdir.

Körpənin kürək üstü yatmasını təmin edin

Gün ərzində qısa yuxular üçün belə, arxası üstə yatmasına diqqət edin. Yatarkən körpənin başı və üzü örtülü olmamalıdır. Gecə geyiminə diqqət edin, çox sıxan və narahat edən olmamalıdır.