Mədə yanmasının qarşısını alan qidalar


Digərləri 05 Yan 2019 20:50:00 500 0

Mədə yanmasının qarşısını alan qidalar

Bir çox insan mədə bulanması və qıcqırmasından şikayət edir. Sözsüz ki, buna qidalar da səbəb olur. Lakin elə qidalar da var ki, əksinə, mədəni rahatladır.

Qızarmış çörək

Mədə turşusunun ifraz olunması nəticəsində yaranan göynəmənin qarşısını alır. Mədənin ifraz etdiyi mədə turşusunu qurudur.

Çiy kartof

Kartof çiy halda mədə yanmasına çox yaxşı təsir edən qidadır. Soyulmuş kartofu blenderdən keçirin və kərəviz suyu ilə qarışdıraraq için. Yaxud kartofu şirəçəkəndən keçirin, səhər acqarına bu suyu için. Mədə yanmasına çox yaxşı təsir edəcək.

İspanaq

Buxarda bişirərək, qaynadaraq və ya təzə yarpaqlarını salatlara qataraq yeyə bilərsiniz. Mədə üçün ən faydalı qidalardan biridir.

Zeytun yağı

Zeytun yağını çiy halda istifadə etsəniz, yeməklər mədədə daha az qalar və yağlar daha rahat mənimsənilsin deyə öd sekresiyasını artırar. Beləcə, mədədə heç bir narahatlıq hiss etməzsiniz.