Təhsil Nazirliyi dövlət qulluğu üzrə müsahibəyə


Digərləri 05 Yan 2019 20:32:00 343 0

Təhsil Nazirliyi dövlət qulluğu üzrə müsahibəyə

Təhsil Nazirliyi dövlət qulluğu üzrə müsahibəyə 162 vakant vəzifə çıxarıb. Onlardan 22-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 140-ı B növünə (inzibati icraçı) aiddir.

Dövlət İmtahan Mərkəzindən Son.az-a bildirilib ki, yanvarın 5-nə olan məlumata görə, Təhsil Nazirliyinin təqdim etdiyi vakant vəzifələrlə bağlı dövlət qulluğunun A növü üzrə 1 nəfər, B növü üzrə 37 nəfər müraciət edib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi yanvarın 4-də ümumilikdə 14 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (296 vəzifə) növünə aid olan 322 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Dövlət orqanları arasında müsahibəyə ən çox vakant vəzifə çıxaran Təhsil Nazirliyidir.