Hamiləlik zamanı banan yemək olarmı?


Digərləri 05 Yan 2019 20:35:00 533 0

Hamiləlik zamanı banan yemək olarmı?

Hamiləlik dövründə, qadınlar pəhriz ilə əlaqədar daha çox narahat olurlar.Bəlkədə "bu məhsul, mənə və gələcək körpəmə ziyan edə bilərmi?" kimi suallara dəfələrlə cavab axtarmış olmusunuz. Məsələn: Hamıləlik zamanı bananın nə kimi fayda və ziyanı ola bilər?

Son.az anayam.az-a istinadən bildirir ki, dadlı və faydalı banan hamilə qadınlar üçün bir tapıntıdır. Özünüz fikirləşin: O, çox yaxşı aclıq hissini azaldır, hipoallergen hesab olunur, bədəni vitamin və mikroelementlərlə təmin edir, şirniyyat ehtiyacını təmin edə bilir. Bundan başqa, bananın tərkibində aşağıda sadalanan faydalı maddələr də var;

Fol turşusu - kimi vacib element, hamilə qadının orqanizmində heç zaman artıq olmur; Böyük miqdarda kalium - qan təzyiqini sabitləşdirir, böyrəklərin işinə yaxşı təsir göstərir; В6 vitamini - körpənin qanyaranma sistemi prosesində iştirak edir və anada toksikozun dərəcəsini azaldır; C vitamini - gənclik, gözəllik və sağlamlığın qorunması üçün zəruridir; Dəmir və sink - dölün normal inkişafı üçün lazımi mikroelementlərdəndir.

Əlavə olaraq, banan qəbizlik və ishal ilə mübarizə aparır, şişkinliyi aradan qaldırır, əzələ qıcolmalarından xilas edir, əhval-ruhiyyəni qaldırır, yuxusuzluq ilə mübarizə aparır, dölü oksigenlə təmin edir.