Uşaq teztez xəstələnir?


Digərləri 05 Yan 2019 20:05:00 459 0

Uşaq teztez xəstələnir?

Uşaq xəstələndiyi zaman hər bir ana narahatlıq keçirir, lakin müxtəlif soyuqdəymə xəstəliklərindən heç kəs sığortalanmayıb. Əslində uşaq xəstəlikləri tamamilə normal haldır. Körpə formalaşmamış imun sistemi ilə dünyaya gəlir və müxtəlif növ infeksiyalarla tanışlıq onun formalaşması üçün vacibdir. Amma bəzi uşaqlar başqa uşaqlara nisbətən daha tez-tez xəstəlnir. İlk əvvəl uşağın niyı tez-tez xəstələnmə səbəbini diqqətlə aydınlaşdırmaq lazımdır.

Tez-tez xəstələnən uşaqlar qrupu

Son.az anayam.az-a istinadən bildirir ki, tez-tez xəstələnən uşaqlar qrupuna daxildir, əgər uşaq il ərzində ...

1 yaş - 4 dəfədən çox xəstələnirsə 1-3 yaş - 7 dəfədən çox xəstələnirsə 3 -5 yaş - 6 dəfədən çox xəstələnirsə 5-6 yaş - 5 dəfədən çox xəstələnirsə 6 yaşdan sonra - 4 dəfədən çox xəstələnirsə

Həmçini tez-tez xəstələnən uşaqlar qrupuna, xəstəliyin uzun müddət (2 həftədən çox) davam edən və daimi zökəm, öskürək, soyuqdəymə əlamətləri olan uşaqlar daxildir.

Tez-tez xəstələnməyin səbəbləri

Valideynlərə başa düşmək lazımdır ki, bir sıra amillər vardırki, onlar birbaşa uşağın immun sisteminin zəifləməsinə səbəb olur;

Hamiləliyin patologiyası və ağır doğuş; Mənzildə pozulmuş mikroiqlim  (çox quru hava, temperatur + 20-22 ° C), havaya uyğun olmayan həddindən artıq isti geyim; Fiziki fəaliyyətin azlığı; Balanslaşdırılmamış qidalanma. Həmçinin körpənin ana südü əvəzinə qarışıq yemlərlə qidalanması imun sistemə mənfi təsir göstərir; Müntəzəm gəzintinin olmaması; Allergik reaksiyalar; Orqanizmdə infeksiyanın mövcudluğu; Uşaq iştirakı zamanı baş verən mübahisələr, uşaqda nevrozun yaranmasına səbəb ola bilər, bu da bədənin qoruyucu imkanlarını azaldır.  Valideynlərin zərərli vərdişləri uşaq sağlamlığına birbaşa zərbə vurur. Sübuta yetirilibki, siqaret çəkən valideynlərin uşaqları, çəkməyən valideynlərin uşaqlarına nisbətən daha çox ağciyər xəstəliklərinə tutulurlar. Məsələ ondadır ki, siqaret tüstüsü yuxarı tənəffüs yollarının selikli qişasının qoruyucu seliyini qurudur və buda seliyin miqdarı azalır. Seliyin tərkibinə infeksiyanın daxil olması yolunda ilk səddi rolunu yerinə yetirən maddələr daxildir. Seliyin azalması nəticəsində mikroorqonizmlər selikli qişanın daha dərin qatlarına daxil ola bilir. Ona görə də, siqaretdən imtina valideynlər və uşaqlar üçün çox faydalı olar.

Bunlar uşağın səhhətində yaranan problemlərin əsas səbəbləridir. Bu səbəblər olduğu zaman uşağın immun sistemi zəifləyir və uşaq daha tez-tez boğazgəlmə, bronxit, soyuqdəymə  və digər xəstəliklərlə mübarizə aparmalı olur. Burada mütləq imun sisteminin möhkəmləndirilməsinə lazımi diqqət yetirmək lazımdır.