İstiotun bilmədiyimiz faydaları


Digərləri 05 Yan 2019 20:07:00 273 0

İstiotun bilmədiyimiz faydaları

Dadı və ətri ilə xörəklərə ləzzət verən ədviyyatlar sağlamlıq üçün çox faydalıdır. Onların tərkibindəki mineral və vitaminlər maddələr mübadiləsini sürətləndirir, immuniteti gücləndirir.

Son.az Azərtac-a istinadla xəbər verir ki, ədviyyatlar içərisində ən çox istifadə olunan istiot zülal, mineral maddələr, karbohidrat və S vitamini ilə zəngindir. İstiot yaddaşı gücləndirir, orqanizmi mikroblardan qoruyur, beyində damarları genişləndirir, qan dövranını tənzimləyir, ürək ağrısının azalmasına kömək edir.

Sevilən ədviyyatlardan olan sarıkök isə fosfor, dəmir, yod, kalsium, S, B1, B2, B3 və K vitaminləri ilə zəngindir. Onun tərkibindəki efir yağı antioksidant rolu oynayaraq orqanizmi cavanlaşdırır və müxtəlif xəstəliklərdən qoruyur.