Cinsi zəifliyi aradan qaldıran


Digərləri 05 Yan 2019 19:55:00 274 0

Cinsi zəifliyi aradan qaldıran

Erektil disfunksiya (cinsi zəiflik, impotensiya) yaşlı kişilərdə daha tez-tez təsadüf edilir.

Lakin bəzən cavan kişilər də bu problemlə üzləşir. Bu pozulmanın səbəbləri fizioloji və psixoloji  ola bilər. Erektil disfunksiyanın müalicəsi müxtəlif üsullarla aparılır, lakin pozulmanı müalicə edən universal preparat mövcud deyil.

Bir neçə ölkədə aparılmış elmi araşdırmalar göstərib ki, cinsi zəiflik zamanı qırmızı jenşenin istifadəsi çox yaxşı nəticələr verir. Araşdırmanın birində cinsi zəiflikdən əziyyət çəkən 119 kişi iştirak edib. 8 həftə ərzində kişilərin bir qrupu qırmızı jenşen, digər qrupu plasebo ("boş həb") qəbul edirdi. 8 həftədən sonra məlum olub ki, qırmızı jenşeni qəbul edən kişilərdə ereksiya yaxşılaşıb.